Ukrayna Rusiyanın itkilərinin sayını açıqladı

Ukrayna Rusiyanın itkilərinin sayını açıqladı

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Axeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 29 350 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 302 ədəd tankı, 3 194 ədəd zirehli döyüş maşını, 606 ədəd artilleriya sistemi, 204 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 205 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 112 qanadlı raket, 2 213 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 480 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.