Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 təyyarəsini vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 təyyarəsini vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd təyyarəsini vurub.

Axeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Məlumata görə, hava hücumundan müdafiə bölmələri dörd təyyarəni (Su-25, iki Su-30 və bir Su-34) hədəfə alıb.

Həmçinin Rusiyanın dörd komanda məntəqəsi, canlı qüvvə və texnikasının cəmləşdiyi 20-dən çox ərazi vurulub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, sentyabrın 24-nə olan məlumata görə, şəxsi heyət arasında Rusiyanın ümumi döyüş itkiləri təxminən 56 300 nəfərdir. Həmçinin 956 operativ-taktiki pilotsuz uçan aparat məhv edilib.