Ukraynanın müdafiə naziri: "Yaydakı əks-hücum əməliyyatında “F-16” qırıcılarından istifadə etməyəcəyik"

Ukraynanın müdafiə naziri: "Yaydakı əks-hücum əməliyyatında “F-16” qırıcılarından istifadə etməyəcəyik"

"Ukrayna yaydakı əks-hücum əməliyyatında “F-16” qırıcılarından istifadə etməyəcək".

Axeber.az bildirir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi bu payız və ya qışda “F-16”ların yerləşdirilməsinə hazır olacaq.

Nazir deyib ki, Kiyev bu döyüş təyyarələrinə texniki qulluq, təmir üçün mühəndis və texniki heyətlə təminat üzrə tərəfdaşları ilə danışıqlar aparacaq.