Umayra Tağıyevadan hava ilə bağlı mühüm AÇIQLAMA

Umayra Tağıyevadan hava ilə bağlı mühüm AÇIQLAMA

"May ayının monitorinqləri göstərir ki, karantin rejiminin yumşaldılması tədbirlərindən sonra atmosferdə çirkləndirici maddələrdə cüzi də olsa, 30-35 faiz artıb".

Fins.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, əvvəlki aylarda isə atmosfer havasında müsbət dəyişiklik müşahidə olunurdu:

"Nəqliyyatın sıx olduğu Neftçilər, Nobel, Q.Qarayev prospektləri, Ukrayna dairəsində ölçü işləri göstərir ki, mart ayı ilə müqayisədə çirklənmə 45-50-faizə qədər azalıb".