Umayra Tağıyevaya yeni vəzifə verildi

Umayra Tağıyevaya yeni vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.

"Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.

Umayra Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.