Vəfa Zeynalovaya AĞIR İTKİ

Vəfa Zeynalovaya AĞIR İTKİ

Əməkdar artist Vəfa Zeynalovaya (Rzayeva) ağır itki üz verib.  

Axeber.az bildirir ki, teatr və kino aktirasının qardaşı Gülhüseyn gənc yaşında vəfat edib. 

Bu barədə V. Zeynalova instaqram səhifəsində məlumat paylaşıb. Hadisə ilə bağlı aktrisanın çalışdığı Akademik Milli Dram Teatrı da başsağlığı mətni yayıb. 

Əməkdar artist qardaşının hansı səbəbdən vəfat etməsi ilə bağlı məlumat açıqlamayıb.