Vergilər Nazirliyi və Prokurorluq deputata məxsus istirahət mərkəzində yoxlamalara başladı

Vergilər Nazirliyi və Prokurorluq deputata məxsus istirahət mərkəzində yoxlamalara başladı

Lerikdə yerləşən “Relax” istirahət mərkəzində yoxlamalara başlanıb.

Yoxlamalar Vergilər Nazirliyi və Prokurorluq əməkdaşlarının iştirakı ilə aparılır. Aparılan yoxlamalar barədə əlavə məlumat verilməyib.

Hazırda istirahət mərkəzi öz fəaliyyətini davam etdirir.

Qeyd edək ki, sözügedən istirahət mərkəzi Milli Məclisin deputatı İqbal Məmmədova məxsusdur. 

Ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.

Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar. (APA)

Axeber.az