Vətəndaşlara XƏBƏRDARLIQ! Azərbaycanda şəhərin mərkəzində ayı peyda olub - Ehtiyatlı olun! - FOTO

Vətəndaşlara XƏBƏRDARLIQ! Azərbaycanda şəhərin mərkəzində ayı peyda olub - Ehtiyatlı olun! - FOTO

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. 


Bu barədə Axeber.az-a Şəki regional ekologiya idarəsindən məlumat verilib. 

Belə ki, İdarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir: "Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi, Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar".

Loading...