"Virus 2 həftədən sonra yenidən zirvəyə qalxacaq"

"Virus 2 həftədən sonra yenidən zirvəyə qalxacaq"

"Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin, iri müəssisələrin və müxtəlif istehsal sahələrinin fəaliyyəti bərpa olunub. Vətəndaşlara əks epidemik davranışlara riayət etməyi tövsiyə edirəm".

Axeber.az bildirir ki, bunu publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Ədalət Rüstəm deyib.

O bildirib ki, qapalı məkanlarda maska taxmaq, sosial məsafəni gözləmək və mütəmadi gigiyena qaydalarına əməl etmək vacibdir: "Vətəndaşlar bu qaydalara riayət etməlidrlər. Ancaq bəzi gənclər məsuliyyətsizlik nümayiş etdirirlər. Qollarına, biləklərinə maska keçirib küçədə gəzirlər. Az qalırlar ki, maskanı ayaqlarına da taxsınlar, yalnız ağız hissələrinə taxmırlar. Xeyli insan da maskanı çənələrinə taxır.

İnsanlar başa düşməlidirlər ki, hava-damcı infeksiyası tənəffüs yollarından keçir və ağız, burun hissə mütləq örtülməlidir. Əgər belə davam edərsə yumşalmalardan sonra virusa yolxumalar yenidən arta bilər. İnsanlar məsuliyyətsizlik nümayiş etdirsələr, virus 2 həftədən sonra yenidən zirvəyə qalxacaq. Dövlət müvafiq tədbirlər görür, təbliğat işləri davam etdirilir. Mən diqqət edirəm ki, insanlar qapalı məkanlara maska ilə daxil olurlar. Amma içəridə sanki bir-birləri ilə sözləşibmiş kimi maskanı çənəyə endirirlər. Əksinə, vətəndaşlar açıq havada, insanların az olduğu yerlərdə maska taxmaya bilərlər. Amma qapalı müəssisələrdə mütləq maska taxılmalıdır".