Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin edildi

Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin edildi

Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.

Axeber.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.