WhatsApp istifadəçilərinə xəbərdarlıq

WhatsApp istifadəçilərinə xəbərdarlıq

WhatsApp-ın daha bir təhlükəsizlik problemi aşkar olundu

WhatsApp-ın söhbət yazılarının saxlandığı iCloud və Google Drive-da təhlükəsizlik təmin olunmayıb. Bir sözlə, nitq yazılarınızı müntəzəm olaraq nüsxə edərkən, yedəklədiyiniz qeydlər etibarlı bir mühitdə saxlanılmır.

Axeber.az ted.az-a istinadən bildirir ki,  istifadəçiləri narahat edən bu açıqlamadan sonra WhatsApp bu istiqamətdə yenilənmə hazırlayır. Ancaq yenilənmənin nə vaxt yayımlanacağı hələ məlum deyil.