Xalq artisti infarkt keçirdi

Xalq artisti infarkt keçirdi

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev infarkt keçirib.

Bu barədə Axeber.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, E.Quliyev ötən gün xəstəxanaya yerləşdirilib: “Bu gün həm də xalq artistinin 80 illik yubleyidir. Təəssüf ki, Eldar Quliyevin xəstələnməsi belə bir günlə üst-üstə düşüb. O, öncə özəl klinikalardan birinə yerləşdirilib, sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə köçürülüb. Hazırda reanimasiyadadır, insanları tanımaqda çətinlik çəkir".

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri Şəfiqə Məmmədova tərəfindən E.Quliyevə yubley münasibəti ilə 2 000 manta mükafat təyin edilib: “Təəssüf ki vəziyyəti ilə bağlı verə bilmirik. İnşallah heçnə olmaz, özünə çatdırarıq”, - Ə.Vəliyev bildirib.

Xalq artisti 80 illik yubleyini reanimasiyada qarşılayıb