Xalq artisti maaşını açıqladı: Xərcləməyi bacarıram...

Xalq artisti maaşını açıqladı: Xərcləməyi bacarıram...

"Qazandığını xərcləməyi bacaranam. Yığ qoy, nəyə lazım? Yadıma gəlmir ki, dar günüm olsun. Hər günüm qəşəng keçib".

Axeber.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afdandil İsrafilov "5/5" verilişində deyib. Qarmon ifaçısı aparıcı Zaur Kamalın "Deyirlər, qazandığınızı xərcləyirsiz, heç nə yığmamısınız. Dar gününüzə saxlamısız nəsə? Əsa əlinizdə olanda, arvad görəcək pul yoxdur" sözlərinə belə cavab verib:

"Bilmirsiz ki, 1450 manat təqaüd alıram? Xalq bir sənətkar kimi sənə pul xərcləyir. Sən də görürsən ki, onlar zəhmətlə qazanıb, ürəklə sənə xərcləyirlər. Sən də xərcləyəndə onlar kimi ürəkli olmalısan".