Xatirə İslam Mübariz Mənsimovdan danışdı

Xatirə İslam Mübariz Mənsimovdan danışdı

Müğənni Xatirə İslam həbs olunan azərbaycanlı is adamı Mübariz Mənsimovun müdafiəsinə qalxıb.

Axeber.az-ın məlumatına görə, ifaçı xalqa M.Mənsimova görə çağırış edib:

"Heç bir tanışlığım olmasa da,  Azərbaycan oğlu üçün bu paylaşımı etməyə dəyər məncə. Minlərlə tələbəni oxudan, yüzlərlə imkansıza ev alan, yanına gələn hər bir azərbaycanlını iş ilə təmin edən bu oğula niyə kömək etməsin xalqımız? Bir də onu deyim ki, bir türk oğlunu Azərbaycanda tutsaydılar türklər nəinki Türkiyəni hətta Azərbaycanı nəfəs almağa qoymazdılar. Kas ki bizdə də o mehribançılıq olsaydı dünyanın ən xosbəxti olardıq. Allah haqqın tərəfində olsun, Azərbaycan oğullarını Allah qorusun. Bu qədər yaxşılıq etdiyi insanları görmürəm. Heyif..."