XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

“Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb”.

Bunu Axeber.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışda 100-dən çox insan həlak olub. Hadisə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan olunub.