Xırdalanda keçmiş zavod ərazisində uçqun oldu - Yeniləndi

Xırdalanda keçmiş zavod ərazisində uçqun oldu - Yeniləndi
adv
adv

Abşeron rayonunda köhnə zavod ərazisində uçqun baş verib.

Hadisə Xırdalan şəhərindəki keçmiş Yüngül Konstruksiyalar Zavodunda qeydə alınıb.

Zavod fəaliyyət göstərmədiyindən onun ərazisində məcburi köçkün ailələri məskunlaşıbmış. İlkin məlumata əsasən, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçub və "Mitsubishi" və "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib.

Əraziyə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Yanğının qarşısı alınıb.

Abşeron RPİ-nin əməkdaşlarının verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Ancaq ərazidəki iki avtomobil zavodun çökən tavanının altında qalıb.

***

23:58

Abşeron rayonunda partlayış baş verib.

Hadisə Xırdalan şəhərindəki Yüngül Konstruksiyalar Zavodunda baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar olub. /APA/

Loading...