Yanğında zəhərlənənlərin vəziyyəti necədir? - RƏSMİ AÇIQLAMA

Yanğında zəhərlənənlərin vəziyyəti necədir? - RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi Xətai rayonu Neapol küçəsi 29/42,  mənzil 79-da baş verən yanğın barədə məlumat yayıb. 

Axeber.az bildirir ki, mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. 

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. 

Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.