Yasdan canlı yayım etmək istədi, dava düşdü - FOTO

Yasdan canlı yayım etmək istədi, dava düşdü - FOTO

“Yedi numara” serialı ilə ulduzu parıldayan Şəbnəm Sönməz teatr aktrisası Yıldız Kenterin yas mərasimində vətəndaşla mübahisə edib.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb həmin şəxsin dəfn mərasimində canlı yayım etməsi və selfi çəkdirməsi olub. Şəbnəm instaqramda canlı açaraq vidanı izləyiciləri ilə bölüşən şəxsi tənqid edib.

Qarşı tərəfin isə “qadın olmasaydın, gününü görərdin” deməsi gərginliyi daha da artırıb. Bu cavaba görə əsəbiləşən aktrisanı həmkarları Demet Akbağ və Berna Laçin sakitləşdirib.

O, “çox ayıb bir şeydir. Cənazədə selfi və canlı yayım edirlər?”,- deyə etiraz edib.