Yevlax-Bərdə yolunda dəhşətli qəza: İki ölü

Yevlax-Bərdə yolunda dəhşətli qəza: İki ölü

Yevlax rayonu ərazisində ağır yol nəqliyyat-hadisəsi baş verib.

Axeber.az xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Jeep” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində iki nəfər ölüb.

Müxtəlif bədən xəsarətləri alan üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.