Yunanıstanda ilk dəfə qadın prezident seçildi

Yunanıstanda ilk dəfə qadın prezident seçildi

Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.

Axeber.az-ın “Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında keçirilən səsvermə zamanı 300 deputatdan 200-ü onun lehinə səs verib. Bununla da tarixdə ilk dəfə yunan dövlətinə qadın rəhbərlik edəcək. 

Qeyd edək ki, Konstitusiyaya görə, Yunanıstan prezidenti baş nazirin təklifi ilə parlament tərəfindən 5 illik müddətə seçilir. Fraksiyalar da öz namizədlərini təklif edə bilərlər. Qaydalarda prezidentliyə namizədin müzakirəsi nəzərdə tutulmur.

İndiki Prezident Prokopis Pavlopoulosun səlahiyyət müddəti martın 13-də başa çatır.

Yunanıstan Prezidentinin səlahiyyətləri əsasən nümayəndəlik funksiyaları ilə məhdudlaşır. Əsas güc baş nazirə məxsusdur.