Yuri Şatunov vəfat etdi

 

Yuri Şatunov vəfat etdi

Rusiyanın və keçmiş SSRİ-nin tanınmış müğənnisi Yuri Şatunov 48 yaşında vəfat edib.

Axeber.az xəbər verir ki, məlumatı “Zvezda” telekanalı yayıb.

Məlumata görə, müğənni infarktdan ölüb.

Qeyd edək ki, Yuri Şatunov “Laskovı may” pop-qrupu ilə birlikdə 1980-ci illərdə keçmiş SSRİ-də məşhur olub. Onun “Ağ qızılgüllər” ("Belıye rozı") və “Boz gecə” ("Sedaya noç") mahnıları hit olub.