Yusif Bağırzadə: "Arye Qut Azərbaycan–İsrail münasibətlərinin inkişafına mühüm töhfə verib"

Yusif Bağırzadə: "Arye Qut Azərbaycan–İsrail münasibətlərinin inkişafına mühüm töhfə verib"

Politoloq Yusif Bağırzadə İsrailli ictimai xadim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru Arye Qutun vəfatı ilə bağlı başsağlığı verib.

Axeber.az-ın məlumatına görə, politoloq Arye Qutun ölümündən kədərləndiyini bildirib. 

"Arye Qut Azərbaycan–İsrail münasibətlərinin inkişafına mühüm töhfə verib. O, İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olub. Arye Qut həmçinin hər zaman Ermənistanın təxribatlarını pisləyən və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ictimai xadim olub. Onun vəfatı barədə xəbər məni dərindən kədərləndirdi. Arye Qutun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirəm!" - Y.Bağırzadə qeyd edib.