Yusif Bağırzadə: "Dövlət hər zaman müharibə əlilləri və şəhid ailələrinə dəstək verir"

Yusif Bağırzadə: "Dövlət hər zaman müharibə əlilləri və şəhid ailələrinə dəstək verir"

"Azərbaycan Ordusunun hər bir fərdi Vətən müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirdi".

Bunu Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O qeyd edib ki, bu gün Azərbaycan Ordusunun apardığı beşinci nəsil müharibə taktikası dünyanın ən güclü hərbi ekspertləri tərəfindən, ayrı-ayrı dövlətlər tərəfindən öyrənilir: "Bu gün dövlətin və ümumilikdə Azərbaycanın hər bir vətəndaşının üzərinə düşən vəzifə şəhid və qazi ailələrinə, eləcə də əsgərimizə layiq olduğu ehtiramı göstərməkdən ibarət olmalıdır. Bir neçə gün əvvəl Prezident İlham Əliyev haqq savaşımızda yaralanmış hərbiçilərlə görüşü zamanı bildirmişdi ki, tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə dəstəyin göstərilməsi, həmçinin onlara da mənzillərin, evlərin verilməsi üçün müvafiq işlər aparacaq.Cənab Prezident İlham Əliyev dedi ki, Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir”.

Yusif Bağırzadə xatırladıb ki, indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 8400-dən çox mənzil və fərdi ev verilib: "Bu ildən etibarən müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək. Bu sosial dəstək tədbirləri ilə bağlı nazirlikdə işçi qrupları da yaradılıb".