Zamin olduğunuz zaman sizi hansı məsuliyyət gözləyə bilər?

Zamin olduğunuz zaman sizi hansı məsuliyyət gözləyə bilər?

Qonşunuz və ya dostunuz bankdan kredit götürmək üçün sizdən zamin durmağınızı istəyir?

Bəs bilirsinizmi zamin olduğunuz şəxs borcunu ödəmədiyi təqdirdə sizi nə gözləyir?

Zaminlik öhdəliyin icrasının təmin edilməsinin bir üsuludur. Yəni, zaminbank (kreditor) qarşısında öz üzərinə öhdəlik götürür ki, zamin durduğuşəxs kredit borcunu ödəmədiyi halda onunla bərabər öz əmlakı ilə məsuliyyətdaşıyır.

Tutalım ki, siz tanıdığınız bir şəxsə bankda zamin durdunuz (adətən bankda xırda şriftlərlə yazılmış hazır müqavilə formaları olur ki hansını oxumağa vətəndaşın  səbri çatmır). Bir müddət sonra, həmin şəxs kredit öhdəliyini icra etməkdən boyun qaçırdı. Bu halda nə baş verəcək?

İlkin olaraq, bankın əməkdaşları kredit götürən şəxslə yanaşı, sizə də zəngedib borcun ödənilməsini tələb edəcək.

Bundan sonra, kredit götürən şəxs və ya onun yerinə siz müqavilə üzrəməbləği ödəməməyə davam etdikdə bank borcun hər ikinizdən tutulması üçünməhkəməyə iddia ərizəsi ilə müraciət edəcək.

Bağladığınız zaminlik müqaviləsinin növündən asılı olaraq məhkəmə özqərarında yaranmış borcun sizdən hansı qaydada tutulmasını müəyyən edəcək.

Misal olaraq, zamin durduğunuz şəxsin borcu 10000 manatdır.

Bu halda əgər bağladığınız zaminlik müqaviləsi üzrə subsidiar məsuliyyətnəzərdə tutulubsa, məhkəmə tərəfindən sizin üzərinizə yaranmış borcunyarısını, yəni 5000 manatı ödəmək öhdəliyi qoyulacaq.

Yox, əgər siz zaminlik müqaviləsinə əsasən müştərək qaydada məsuliyyətdaşıyırsınızsa, onda zamin durduğunuz şəxslə yanaşı, sizdən də 10000manatın hamısı tələb ediləcək.

Müqavilə üzrə banka olan borcun sizdən tutulması haqqında məhkəmə qərarıçıxdıqdan sonra belə zamin durduğunuz şəxs və ya siz yaranmış borcu yenidənödəməsəniz, məhkəmə həmin pulun sizdən tutulmasını icra orqanına tapşıracaq(Ədliyyə Nazirliyinin tərkibində olan yerli icra və probasiya qurumlarına).

Yekunda borcun sizdən tutulması haqqında məhkəmədən müvafiq tapşırıq (icrasənədini) alan icra məmuru qeyd olunan borcun sizdən alınması üçün sizinəmlakınıza (ev, avtomobil, qızıl və s.) həbs qoydura, hər-hansı bir bankdaolan pul vasitələrinizi müsadirə edə və (və ya) borcu sizin əməkhaqqınızdan tuta bilər (“İcra haqqında” qanuna əsasən, tutmaların məbləğiəmək haqqının 50 faizinə qədər ola bilər).

Qulam İsmayılzadə

Vəkil