Zaqatalada sahibkara məxsus ferma və yük maşını yandı

Zaqatalada sahibkara məxsus ferma və yük maşını yandı

Zaqatalanın Yuxarı Tala kəndində axşam saatlarında ümumi sahəsi 2000 kvadratmetr olan fermada yanğın baş verib.

Axeber.az xəbər verir ki, ferma sahibkar Kamran Ömər oğlu İsayevə məxsusdur. 

Yanğın nəticəsində fermanın yanar konstruksiyaları, orada olan “QAZ 53” markalı yük maşını və 20 ton ot bağlaması yanıb. 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Mənbə: APA