Zelenski Davosda çıxış edəcək

Zelenski Davosda çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçiriləcək Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edəcək.

Bu barədə Axeber.az “Bloomberg”ə istinadən xəbər verir.

Zelenski konfransın açılışı günü - mayın 23-də çıxış edəcək. Tədbirdə şəxsən iştirak edəcək ukraynalı siyasətçilər arasında Baş nazirin müavini Mixail Fedorov və Kiyev meri Vitali Kliçko da olacaq.

Qeyd edək ki, Davosda Dünya İqtisadi Forumu mayın 22-dən 26-dək keçiriləcək.