Zəlzələdə ölənlərin sayı 20-yə çatdı

Zəlzələdə ölənlərin sayı 20-yə çatdı

Türkiyənin Elazığ şəhərində baş verən zəlzələ zamanı ölənlərin sayı 19-a çatıb. 

Axeber.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə naziri Fahrettin Koca verib.

Nazir təbii fəlakət nəticəsində 772 nəfərin yaralandığını bildirib. Dövlət rəsmisi ölü sayının arta biləcəyini deyib.

***

Türkiyədə baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb.

Rəsmi açıqlamaya görə, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 1015 nəfər yaralanıb.