Ziya Məmmədovun qohumunun pulunu mənimsəyən nəzarətçi ilə bağlı qərar verildi

Ziya Məmmədovun qohumunun pulunu mənimsəyən nəzarətçi ilə bağlı qərar verildi

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Sənan Cəfərovun  barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Axeber.az bildirir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, hər iki şəxsin kassasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, 30 nömrəli marşrut xəttinə nəzarət etmiş S.Cəfərov "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib.

Marşrut xəttindən gələn gəlirlərin az olduğunu bilən R.Məmmədov hüquq mühafizə orqanlarına müraciət edib. Araşdırma nəticəsində ortada mənimsəmə faktının olduğu aşkarlanıb. S.Cəfərov hüquq mühafizə orqanlarına çağrılaraq saxlanılıb.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda 30 nömrəli marşrut xəttində çalışan 57 sürücünün əmək haqqının verilməməsi ilə bağlı xəbərlər yer almışdı. Bildirilirdi ki, sürücülər bir neçə aydır maaş üzünə həsrət qalıblar. Onlar, ümumilikdə, 100 min manat məbləğində mənimsəmə faktının olduğunu qeyd ediblər.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, zərərçəkmiş R.Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.