“ZOOM-la konfransa qatılmaq istədim, internetə görə alınmadı” - Deputat

“ZOOM-la konfransa qatılmaq istədim, internetə görə alınmadı” - Deputat

YAP-çı deputat Hikmət Məmmədov Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında ölkədə internet xidmətinin yarıtmazlığından şikayət edib. 

Axeber.az-ın məlumatına görə, o bildirib ki, bu yaxınlarda ZOOM proqramı vasitəsilə konfransa qatılmaq istəsə də, bu baş tutmayıb: “Mən dərhal texniki işçiləri çağırdım. Məlum oldu ki, həmin provayder müqavilədə göstərildiyindən çox internet verir, ancaq bu trafik faktiki olaraq yoxdur. Müqaviləni elə kiçik şriftlərlə yazırlar ki, başa düşmək olmur”. //qafqazinfo