Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi

 

Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi

Lənkəranda evdən 23 500 dollar (39 950 manat) və 5 000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Axeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşlı oğlu tərəfindən törədildiyi məlum olub.

Onun evdən oğurladığı pul və qızıl-zinət əşyalarını yaxınlıqdakı bağ sahəsində gizlətdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.