Türkiyə ordusu İraqın şimalında 10 terrorçunu zərərsizləşdirdi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 10 PKK terrorçusunu zərərsizləşdirib.
Axeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, terrorçular "Pençe-Kilit" əməliyyatı bölgəsində keçirilən hava əməliyyatı ilə zərərsizləşdirilib.