Azərbaycan vətəndaşları Gürcüstanda koronavirusa görə xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA

Azərbaycan vətəndaşları Gürcüstanda koronavirusa görə xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA

Azərbaycan vətəndaşlarının koronavirus ehtimalı ilə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilməsi barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə hələlik məlumat daxil olmayıb.

Axeber.az-ın məlumatına görə, bu barədə “Report”un Gürcüstan bürosuna səfirlikdən bildirilib.

Qeyd olunub ki, tibbi nəzarətə götürülən şəxslər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə məlumat dəqiqləşdirilir.

Gürcüstan mətbuatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə 10 pasiyentin yerləşdirilməsi barədə məlumat yayıb. Məlumata əsasən, pasiyentlər arasında Gürcüstan, Çin, İran və Azərbaycan vətəndaşları var.