Şadlıq evini təmir edərkən yıxılıb öldü

Şadlıq evini təmir edərkən yıxılıb öldü

Nərimanov rayonunda yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 36 yaşlı kişi yıxılaraq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axeber.az-a bildirilib ki, hadisə yanvarın 29-da qeydə alınıb. 1988-ci il təvəllüdlü Bəhram Bayramov dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölüb.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.