İmişlidə 29 yaşlı kişi göldə boğuldu

İmişlidə 29 yaşlı kişi göldə boğuldu

İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.

Axeber.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Sarısu” gölündə baş verib.

İlkin məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu “Sarısu” gölündə ov edən zaman qayıq aşıb.

Nəticədə o, göldə boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.