“United Alliance Group LTD” şirkəti “Nautical İnstitute”dan rəsmi distributorluq əldə edib

“United Alliance Group LTD” şirkəti “Nautical İnstitute”dan rəsmi distributorluq əldə edib

“United Alliance Group LTD” Beynəlxalq Dəniz Təşkilatının nəzdində fəaliyyət göstərən Dənizçilik İnstitutu olan “Nautical İnstitute” ilə distribütorluğa dair razılıq əldə edilib.

Axeber.az-ın Allmarinenews-a istinadən xəbərinə görə, razılığa əsasən, dənizçilik sahəsində beynəlxalq tələblərə uyğun peşəkar mütəxəsislərin hazırlanmasında əhəmiyyətli rolu olan Nautical institutunun nəşrləri artıq Azərbaycanda bütün dənizçilər və dənizçilik şirkətləri üçün əlçatan olacaq.

İnstitutun bütün nəşr və məlumatlarının onun təmsilçisi olaraq “United Alliance Group” tərəfindən həm Azərbaycan, həm də Xəzər regionundakı bütün dənizçilik şirkətlərinə verilməsi mümkün olacaq.