İordaniyada ABŞ hərbi bazasına PUA hücumu olub, üç amerikalı hərbçi ölüb
![İordaniyada ABŞ hərbi bazasına PUA hücumu olub, üç amerikalı hərbçi ölüb](/uploads1/images/1706461075181218963965b68793d49b8.jpg)
İordaniyanın şimalında ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.
Axeber.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisə zamanı üç amerikalı hərbçi ölüb, 20-yə yaxın yaralının olduğu deyilir.
Baza Suriya ilə sərhəd yaxınlığında yerləşir.