Azərbaycanlı həkim nüfuzlu beynəlxalq mükafat və ordenə layiq görülüb

Azərbaycanlı həkim nüfuzlu beynəlxalq mükafat və ordenə layiq görülüb

Azərbaycanlı həkim nüfuzlu beynəlxalq mükafat və ordenə layiq görülüb

Tanınmış həkim, plastik cərrahiyyə və psixologiya üzrə fəlsəfə doktoru, professor Mirəzim Zaidov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (Türkiyə) Atatürk Beynəlxalq Mükafatı və Avropa Akademiyasının (Almaniya) "Şərəf Ordeni” ilə təltif edilib.

Azərbaycanlı həkim bu nüfuzlu mükafat və ordenə peşəkar tibbi fəaliyyətinə və səmərəli ictimai xidmətlərinə görə layiq görülüb. 

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının rəsmi nümayəndələrinin də iştirakı ilə keçirilən mərasimdə fəxri mükafatları professor Mirəzim Zaidova hər iki Akademiyanın ölkəmizdəki rəsmi təmsilçisi, professor Elçin İsgəndərzadə təqdim edib.

Tədbirə qatılan görkəmli ictimai-siyasi xadimlər, həkimlər və ziyalılar Mirəzim həkimin uğurlu həyat yolundan, tibbi nailiyyətlərindən və vətəndaşlara ən müasir tibbi xidmətlər göstərməsindəki fədakar əməyindən danışıb, insanlara şəfa və sağlamlıq bəxş etmək kimi şərəfli missiyasında ona müvəffəqiyyətlər arzulayıblar.

Təqdimatın sonunda çıxış edən Mirəzim Zaidov fəaliyyətinə verilən yüksək qiymətə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına və Avropa Akademiyasına minnətdarlığını ifadə edib, təltif olunduğu çoxsaylı fəxri ad, orden və medallar arasında bu mükafatların xüsusi yer tutduğunu bildirib.