Mahir Emrelinin evi qarət olundu: 60 min manatlıq oğurluq

Mahir Emrelinin evi qarət olundu: 60 min manatlıq oğurluq

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Axeber.az-ın məlumatına görə, məlumata görə, məşhur futbolçunun Sulutəpədə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.


Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Report

Loading...