20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Axeber.az xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən, qatarlardan siqnallar verilib, hüzn əlaməti olaraq ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində və bir sıra ölkələrdə şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edənlər qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edir, məzarları üzərinə tər çiçəklər düzürlər.