Pensiya alanlara ŞAD XƏBƏR
![Pensiya alanlara ŞAD XƏBƏR](/uploads1/images/1715169594883316111663b693a53e8d.jpg)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib.
Axeber.az-a nazirlikdən verilən xəbərə görə, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.