Azərbaycan və Avstriya xarici işlər nazirləri arasında görüş başladı

Azərbaycan və Avstriya xarici işlər nazirləri arasında görüş başladı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal Naziri Aleksandr Şallenberq arasında görüş başlayıb.

Axeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan və Avstriya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələləri gündəlikdə duran əsas məsələlərdəndir.