Azərbaycanda müəllimə Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etdi

Azərbaycanda müəllimə Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etdi

Salyan Uşaq Gənclər İnkişaf Mərkəzinin Dərnək rəhbəri Əfsanə Axundova yeni növ koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub. 

Axeber.az-ın məlumatına görə, Ə. Axundova Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 AZN məbləğində ianə edib.

O, hamıya "evdə qal" deyərək, ailəmizi, həkimlərimizi, xalqımızı qorumağa çağırıb. 

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da Prezident İlham Əliyevin fərmanı əsasında yaradılıb. Ötən müddət ərzində fonda 110 milyon manatdan artıq vəsait ianə edilib.