Azərbaycanda növbəti 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlandı

Azərbaycanda növbəti 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlandı

Qarşıdakı 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Axeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, 5 və 6 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:

"Lakin 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi altısında arabir güclənən şimal- qərb küləyi əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/s-yə çıxacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8 -13 dərəcə isti olacaq".

G.Məmmədova qeyd edib ki, bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır: "Lakin gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir".

Xidmət rəsmisi bildirib ki, Ayrı-ayrı yerlərdə, Naxçıvan Muxtar Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgəsində və Quba Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal olunur:

"6 yanvarda gündüz saatlarından yağıntıların kəsilə, 7 yanvar tarixində isə əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25 -30 m/s-dək güclənəcək. Havanın temperaturu Aran rayonlarında günorta saatlarında 10 -15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq".