Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı - FOTO

Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı - FOTO

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.

DİN-in mətbuat xidmətindən Axeber.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib. Məktəbli isə onun təklifini rədd edib.