Bakıda bacısını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Bakıda bacısını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Bakının Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Axeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.