Bakıda şadlıq sarayında yanğın oldu

Bakıda şadlıq sarayında yanğın oldu

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Axeber.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Xətai rayonunda ümumi sahəsi 2000 m² (hər mərtəbəsi 1000 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxinin havalandırma sistemində mühərrik və yağ qalıqları, bitişik çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində qismən 1 ədəd pəncərə çərçivəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Şadlıq sarayı və bitişik bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.