Bu qurumun səlahiyyəti artırıldı

Bu qurumun səlahiyyəti artırıldı

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axeber.az xəbər verir ki, Agentlik bundan sonra aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini də həyata keçirəcək.