Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşdü
![Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşdü](/uploads1/images/170222948110221908546575f5e9d76fe.jpg)
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.
Bu barədə Axeber.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.