Helikopter qəzasında həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olundu

Helikopter qəzasında həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olundu

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlar dəfn edilib.

Axeber.az-ın xəbərinə görə, qəza nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Yaylım atəşi açılıb.