İsrail ordusunun daha iki əsgəri Qəzzada döyüşlər zamanı həlak oldu

İsrail ordusunun daha iki əsgəri Qəzzada döyüşlər zamanı həlak oldu

Son 24 saat ərzində Qəzza zolağında baş verən döyüşlərdə iki İsrail Müdafiə Qüvvələri (ÇAXAL) hərbi qulluqçusu həlak olub.

Axeber.az-ın məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.

Məlumata əsasən, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlərdə həlak olan İsrail əsgərlərinin sayı 121-ə çatıb.

Bildirilib ki, İsrail-Fələstin münaqişəsinin gərginləşməsindən bəri İsrail hərbçilərinin ölənlərinin ümumi sayı artıq 450-ni keçib.